Sabiq ANS-çi səfir oldu -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Sabiq ANS-çi səfir oldu - FOTO

Siyasət

12 Avqust 2026 11:49 26025


Bu gün Prezident İlham Əliyevin sərəncamı Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

"Yeni Sabah" xəbər verir ki, Nərminə Mustafayeva Naxçıvan şəhərində anadan olub.

O, əvvəllər jurnalist kimifəaliyyət göstərib, 1990-cı illərin sonu-2000-ci illərin əvvəllərində ANS televiziyasında müxbir kimi çalışıb, “Xəbərçi” proqramının aparıcısı olub. pizza hut

Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanınan telejurnalist daha sonralar Prezident Administrasiyasının Protokol xidmətində işləyib.

Nərminə xanım ailə qurandan sonra Mustafayeva soyadını götürüb.

O, 2016-2020-cı illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu vəzifəsini tutub.

Nərminə Mustafayeva bakalavr təhsilini Azərbaycan Dövlət Dillər Universitetində alıb. Eyni zamanda, ABŞ-ın Virciniya ştatındakı Old Dominion Universitetində Beynəlxalq biliklər üzrə magistr dərəcəsi əldə edib.Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2018-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Evlidir, üç övladı var.

İngilis, rus və türk dillərini bilir.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Миркамил
    Mənim bəxtim olsaydı naxçıvanlı olardım
    3 months ago
  • Rahim
    BÜTÜN VƏZİFƏYƏ GEDƏNLƏR NİYƏ EYNİ BÖLGƏDƏN OLURLAR.
    3 months ago