“Yenə hamı susmağa üstünlük verdi” – Xoşqədəmdən Aqil Abbasa dəstək

saytların hazırlanması

Evə çatdırılma

“Yenə hamı susmağa üstünlük verdi” – Xoşqədəmdən Aqil Abbasa dəstək

Sosial

31 Oktyabr 2026 09:05 287


Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı Milli Məclisin deputatı Aqil Abbası müdafiə edib.

“Yeni Sabah” xəbər verir ki, teleaparıcı sosial şəbəkə hesabında paylaşım edərək deputata ünvanlanan cavablara etirazını bildirib. O, ziyalılara qarşı haqsızlıqlara vaxtında münasibət bildirilməməsinin bu cür hallara səbəb olduğunu vurğulayıb.

X. Hidayətqızı paylaşımında yazıb: Sezar pizza

“Aqil Abbasa bu cür cavab verilməsinin səbəbi illərdir ziyalımıza, vətənini sevən, onun üçün çalışan insanlara qarşı haqsızlıqlara göz yummamız, susmağımızdır. Vaxtında haqq deyən ziyalımıza haqqı çatan-çatmayan insanların dil uzatmasına mane olsaydıq, bu gün haqqını istəyən bir ziyalımız bu cavabla üz-üzə qalmazdı.

Aqil Abbas kimi Ağdam uğrunda canından keçməyə hazır olan, sadəcə öz haqqını tələb edən bir ağdamlıya deyilən o sözə, əslində, elə parlamentdəkilər cavab verməli idi. Amma çox təəssüf ki, yenə də hamı susmağa üstünlük verdi. Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım, Aqil Abbas ingilis dilini bilməyə bilər. Amma o, bizim öz dilimizi mükəmməl bilən, əsərlərində Ağdamı yaşadan, qələmində, ruhunda, qanında Ağdamı daşıyan bir insandır. O, əsl vətəndaş, əsl ağdamlıdır!

Onun Ağdamda evinin olması isə ən təbii haqqıdır. Ata mülkünü kiməsə hədiyyə etməli deyil ki! Bu, onun ata ocağı, doğma yurdu, haqqıdır!

Söhbət Aqil Abbasdan gedir! O Aqil Abbasdan ki, Ağdamı təkcə sözü ilə deyil, bütün varlığı ilə yaşadır!”

X. Hidayətqızı bu fikirləri yazıçı-publisist Rəşad Məcidin paylaşımına cavab olaraq səsləndirib. R.Məcid də Aqil Abbasla bağlı fikirlərini bölüşərək onun Ağdamın tanıdılması və təbliği istiqamətində xidmətlərini xatırladıb.

“Bütün ömrünü Ağdamın təbliğinə həsr edən, Ağdam haqqında ən gözəl bədii əsərlərin, ən təsirli bədii filmin müəllifinə, Ağdamı küçə-küçə, adam-adam öz hekayələrinə köçürüb yaşadan, Ağdam deyəndə dodağı çat-çat olan, adına Ağdamda küçə və büst qoyulmasını sağlığında haqq etmiş adama elə cavab verməzlər”.

Xatırladaq ki, ötən gün Milli Məclisin iclasında deputat Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətlənib. O bildirib ki, qaçqın və məcburi köçkün statusu olmadığı üçün Ağdamdakı ata mülkündən məhrum olub. Spiker Sahibə Qafarova isə deputatın fikirlərinə münasibət bildirərək onunla razılaşmayıb və iradın tutub. Bu hadisədən sonra Aqil Abbasın çıxışı və ona verilən sərt cavab sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!