ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Markori Teylor Qrin Ukraynanın keçmiş baş prokuroru Viktor Şokinin Ağ Ev rəhbərinin korrupsiyada əli olması barədə bəyanatlarından sonra ABŞ prezidenti Co Baydenin impiçmentinə çağırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yazıb.
“Biz impiçment sorğusunu Konqres sentyabrda toplanan kimi təsdiq etməliyik”, – konqresmen deyib. pizza sifarişi
İmpiçment prosesinə başlamaq üçün Nümayəndələr Palatası araşdırmanın başlanmasını təsdiqləməlidir.
Xatırladaq ki, bundan əvvəl Şokin “Fox News” telekanalına müsahibəsində Co Baydeni korrupsiyada ittiham edib. Onun sözlərinə görə, vəzifəsindən azad edilməsi “sifarişli” olduğu və ABŞ administrasiyasının təzyiqi ilə baş verdiyi üçün o işindən uzaqlaşdırılıb. Ukraynanın keçmiş baş prokuroru Baydenin onun “işdən çıxarılması üçün 1 milyard dollar verdiyini” iddia edir.
Bundan əvvəl, 2022-ci ilin noyabrında Respublikaçılar Partiyasının nümayəndəsi Ceyms Komer ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsində ABŞ-ın hazırkı prezidentini ailəsinin beynəlxalq biznes sxemlərində iştirakındakı məlumatlarla bağlı araşdırma aparacağını vəd etmişdi.
Bu ilin may ayında o, Bayden ailəsinin Çindən və digər xarici mənbələrdən on milyon dollardan çox pul aldığını, pulun bir hissəsinin isə prezidentin oğlu Hunter Baydenin hesabları vasitəsilə daxil olduğunu öyrənib. Bayden ailəsi ata Baydenin ABŞ-ın vitse-prezidenti olduğu dövrdə pul aldığı qeyd olunub.
Telegram kanalımız