Keçmiş icra başçısı vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş icra başçısı vəfat etdi

Siyasət

12 Dekabr 2025 09:28 3838


Azərbaycanda sabiq icra başçısı vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, Ağsu rayonunun keçmiş icra başçısı Sərdar Məmmədov dünyasını dəyişib.

O, uzun sürən xəstəlikdən sonra 80 yaşında vəfat edib. pizza sifarişi

Qeyd edək ki, Sərdar Əbdülmahmud oğlu Məmmədov 1945-ci ildə anadan olub. O, uzun illər yüksək vəzifələrdə işləyib. 1990-1991-ci illərdə Ağsu Rayon Partiya Komitəsinin Birinci Katibi, 1991-1992-ci illərdə isə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 1990-1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Sərdar Məmmədov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 3 saylı Dağlıq Şirvan Regional Bölməsinin rəisi Səfər Məmmədovun atasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!