Rusiyanın qanlı Rusiya-Ukrayna müharibəsindən və anti-Rusiya beynəlxalq sanksiyalarından qorxan qonşuları və müttəfiqləri hazırda beynəlxalq münasibətlərini şaxələndirməklə fəal məşğul olurlar. Onlar Çin və Qərblə münasibətlərini dərinləşdirirlər.
Yenisabah.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.
Nəşrin yazdığına görə, Moskvanın keçmiş sovet imperiyası ərazisində təsiri xeyli azalıb: pizza hut
“Kreml hələ də Ukrayna müharibəsində qalib gələ bilmir. Belarusdan başqa heç bir keçmiş sovet ölkəsi Rusiya Federasiyasının öz ərazisinə dörd Ukrayna ərazisinin birləşdirilməsini tanımayıb. Rusiyadan uzaqlaşma Ermənistan və Moldova məsələsində xüsusilə nəzərə çarpır.
Nikol Paşinyanın dediyi kimi, Rusiya Ermənistan rəhbərliyini və xalqını məyus edib və indi İrəvan təhlükəsizlik sahəsində münasibətlərini şaxələndirməyə çalışır. Orta Asiyada geri çəkilmə daha incə həyata keçirilir. Xüsusilə Tacikistan və Qırğızıstan Rusiyanın onlara ciddi problemlər yarada biləcəyindən ehtiyatlanır”.
Telegram kanalımız