Keçmiş nazirin 210 obyekti aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş nazirin 210 obyekti aşkarlandı

Maraqlı

08 Oktyabr 2022 13:29 1675


Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın (2008-2018) hakimiyyəti dövründə ölkənin Dövlət Gəlirləri Komitəsinin sədri və maliyyə naziri olmuş Qaqik Xaçatryanın 210 obyekti aşkarlanıb. 

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğundan bildirilib.

Keçmiş nazirin obyektlərindən 60-ı paytaxt İrəvanda yerləşir. Marqarita pizza

Prokurorluq hesab edir ki, Q.Xaçatryanın və ona bağlı olan şəxslərin əmlakı müsadirə olunmalıdır. Bundan əlavə, prokurorluq 14 avtomobilin və 40 milyard dramdan çox pulun (99 milyon 441 min dollar) müsadirə edilməsi tələbini də irəli sürüb.

Xatırladaq ki, Q.Xaçatryan və oğulları Ermənistanın Cinayət Məcəlləsini pozaraq rüşvət almaqda ittiham olunurlar. Q.Xaçatryan əhəmiyyətli vəzifələrinə görə “super nazir” kimi tanınır. O, 2008-2014-cü illərdə Dövlət Gəlirləri Komitəsinin sədri, 2014-cü ildən 2016-cı ilə qədər isə maliyyə naziri vəzifələrində çalışıb. Sabiq məmur 2019-cu ilin 30 avqustunda həbs edilib. O, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

Q.Xaçatryan S.Sarkisyanın (2008-2018-ci illər) komandasının əsas siyasi fiqurlarından olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!