Ermənistanın sabiq prezidenti Robert Koçaryana qarşı 3 maddə üzrə cinayət işi açılıb.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki,Baş prokuror Ermənistan Respublikasının ikinci Prezidenti Robert Koçaryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə bağlı ictimai cinayət təqibi başladıb.
Eyni zamanda, daha doqquz nəfərə qarşı, o cümlədən Köçəryanın oğlu Sedrak, keçmiş müdafiə naziri S. S. (2000-2007-ci illərdə bu vəzifəni Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan tutub), keçmiş Baş nazir A. M. (Andranik Marqaryan 2000-2007-ci illərdə Ermənistanın Baş naziri olub), İrəvanın sabiq meri Q. B. (Qaqik Beqlaryan) və digərlərinə cinayət işi açılıb. Sezar pizza
R.Koçaryan 1998-2008-ci illərdə Ermənistan Respublikasının Prezidenti vəzifəsində çalışdığı dövrdə xidməti mövqeyindən istifadə edərək dövlət əmlakını uydurma əsaslarla mənimsəyib və bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə bir sıra obyektlər əldə edib. Söhbət torpaq sahələri və daşınmaz əmlak obyektlərindən gedir.
Onun ailəsinə məxsus daşınmaz əmlaklara həbs qoyulub. Evində axtarış başa çatıb.
Telegram kanalımız