Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində sursat partlayışı hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
1987-ci il təvəllüdlü Qazax rayon sakini Sərxan İsgəndərov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən sursat partlayışı nəticəsində xəsarət alıb. pizza sifarişi
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız