Kənan MM: “TikTok” bağlansın, super olar...

saytların hazırlanması

Evə çatdırılma

Kənan MM: “TikTok” bağlansın, super olar...

Şou

20 Yanvar 2023 13:24 654


Azərbaycanda “TikTok” sosial şəbəkə platformasının bağlanması təklifi yenidən gündəmə gəlib. Bildirilir ki, polislər, şəhidlər təhqir olunur və digər xoşagəlməz hallar baş verir, nəticədə milli-mənəvi dəyərlər deqradasiyaya uğrayır. Buna baxmayaraq, “TikTok”dan mədəni şəkildə istifadə edərək yetərincə baxış sayı qazanan tiktokerlər də az deyil. Məhz bu kateqoriyaya daxil olan tiktokerlərdən bir tanınmış rejissor Kənan MM-dir. 

Pravda.az Kənan MM-dən “TikTok”un bağlanması təklifinə münasibət öyrənib. 

Rejissor təklifi müsbət qarşılayıb: “Tik Tok” bağlansın, super olar. Amma təhqir edən hər yerdə təhqir edəcək. Təhqir edənlərin psixoloji problemləri var. Normal insan - ailəsinə, özünə hörmət edən heç vaxt söyüş söyməz...”  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!