Kəramət Zaurla Xoşqədəmi ələ saldı

saytların hazırlanması

Evə çatdırılma

Kəramət Zaurla Xoşqədəmi ələ saldı

Şou

30 Mart 2024 23:23 26901


Xəbər verdiyimiz kimi, Zaur Baxşəliyevin "Bizimləsən" verilişinin vaxtı qısaldılıb. 

Yenisabah.az xəbər verir ki, bu gün məlum olub ki, onun verilişindən alınan bir saat yarımlıq vaxt ərzində həyat yoldaşı Günay Baxşəliyeva yeni veriliş aparacaq. 

Xatırladaq ki, Zaur Baxşəliyev canlı yayım zamanı özü ATV kanalının rəhbərliyindən "Bizimləsən" verilişinin vaxtının qısaldılmasını xahiş etdiyini bildirmişdi. Zaur bunu ailəsinə vaxt ayıra bilməməsi ilə əsaslandırmışdı. Veriliş əvvəllər 15:00-da efirə gedirdisə, yeni qərarla 16:30-da başlayacaq. 15:00-da isə Günay Baxşəliyevanın aparıcısı olduğu “Günaylı gün” verilişi həftəiçi 5 gün tamaşaçıların görüşünə gələcək.  pizza sifarişi

Bu hal cəmiyyətdə birmənalı qarşılanmayıb. Bunu absurd qərar kimi qiymətləndirənlər kifayət qədər olub. Zaurun ailəsinə vaxt ayıra bilməməsindən gileylənib verilişin qısalmasını xahiş etməsi, əvəzində isə bu efir vaxtının həyat yoldaşına verilməsi tənqid olunub.

Tanınmış yazıçı Kəramət Böyükçöl isə aparıcılara replika atıb.

"İslahatlar davam edir. Zaurun verilişinin vaxtını azaldıb arvadına təzə veriliş açdılar. Allah Xoşqədəmin verilişindən kəsib Doğuşa versin", - yazıçı paylaşım edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!