Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-mayor Burhan Aktaşın rəhbərlik etdiyi heyət Azərbycan Müdafiə Nazirliyində qəbul edilib.
"Yeni Sabah" xəbər verir ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşdə hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlar müzakirə olunub.
Tərəflər, həmçinin peşəkar kadrların hazırlanması məqsədilə birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Dördpendirli pizza
Telegram kanalımız