Kilian Mbappeni oğurlamaq istəyən cinayətkar qrup ifşa edildi

saytların hazırlanması

Evə çatdırılma

Kilian Mbappeni oğurlamaq istəyən cinayətkar qrup ifşa edildi

İdman

02 Sentyabr 2026 19:42 50


Fransada futbol üzrə milli komandanın ulduz hücumçusu Kilian Mbappeni oğurlamağı planlaşdıran 18 yaşlı gənc həbs edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Touchline" nəşri sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs tək olmayıb və onun əlbirləri də olub. Cinayətkar qrup bir neçə tanınmış şəxsi qaçırmağı hədəfləyibmiş. pizza hut

Qeyd edək ki, Mbappe 2026-cı il dünya çempionatının üçüncü yeri uğrunda İngiltərə yığmasına qarşı keçirilən matçda iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da, hücumçunun dünya çempionatlarındakı qollarının sayı 22-yə çatıb. O, Lionel Messini (21 qol) geridə qoyaraq, futbol üzrə dünya çempionatları tarixinin mütləq bombardiri adını qazanıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!