Kim Çen Inın bacısı Yaponiyanı hədələdi

saytların hazırlanması

Evə çatdırılma

Kim Çen Inın bacısı Yaponiyanı hədələdi

Dünya

19 Avqust 2026 19:22 70


Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon Yaponiyanı hərbi ekspansiyaya cəhd edəcəyi təqdirdə dərhal və məhvedici zərbə ilə hədələyib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

"Yaponiya yanlış seçim etməyə cəhd göstərərsə, bu dəfə dərhal endiriləcək və sağ qalmağın mümkün olmayacağı dağıdıcı zərbənin hədəfinə çevriləcək", - o bildirib. Sezar pizza

Kim Yo Çjonun sözlərinə görə, Şimali Koreya Yaponiyanın "hərbi ekspansiya" cəhdlərini Asiya-Sakit okean regionunda qüvvələr balansının pozulmasına səbəb ola biləcək potensial və uzunmüddətli təhlükə hesab edərək onları ciddi şəkildə izləyir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!