Xəbər verdiyimiz kimi "Miss Xorvatiya 2016" titulunun qalibi İvana Knoll ötən gün Bakıya gəlib.
Yenisabah.az xəbər verir ki, model artıq Bakını gəzməyə başlayıb. Dağüstü parkı, şəhərin mərkəzi küçələrini gəzən İvana qutabın da dadına baxıb.
O, bu haqda sosial şəbəkə hesabında paylaşım edib. Dördpendirli pizza
İvana Knollun səfərinin məqsədi 28-30 aprel tarixlərində Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran Prisini izləməkdir.
Qeyd edək ki, səs-küylü model 2022-ci ildə Qətərdə keçirilən Dünya Kuboku zamanı məşhurlaşıb. O, açıq geyimdə matçları izləməsi ilə sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.
Telegram kanalımız