Rusiyanın işğalı altında olan Krım yarımadasında gözəlllik müsabiqəsinin qalibi xeyli mübahisələr, hətta nifrət doğurub.
Yenisabah.az xəbər verir ki, "Missis Gözəllik Kraliçası" Olqa Valeyeva qorxuducu görünüşə sahibdir və şübhəli həyat tərzi keçirir.
Tədbir mayın son günündə baş tutub. Sevastopolda gözəllik müsabiqəsi keçirilib və bu müsabiqə zamanı müxtəlif yaş kateqoriyalarında 4 "Gözəllik Kraliçası - Krım Baharı 2022" seçilib. Sezar pizza
“Xanım Gözəllik Kraliçası” titulunun sahibi Olqa Valeyeva internet istifadəçilərinin ən çox "daş-qalaq" etdiyi şəxs olub.
Şəbəkə istifadəçiləri "Missis Gözəllik Kraliçası"nın qeyri-adi görünüşü ilə bağlı qızğın müzakirələrə başlayıb. Olqanın dodaqları aydın şəkildə şişirdilib və bədəni çoxlu döymələrlə bəzədilib.
Valeyevanın qələbəsi ilə bağlı xəbərləri dərc edən bir çox Teleqram kanalındakı şərhlərdə çoxlu mənfi təpkilər var. Əsasən, onların hamısı bir "mövzu" ilə bağlıdır - Olqa kişi kimi görünür.
"Bu qalibi müəyyən edənlər rusları ələ salırlar", - deyə şərhlərin birində qeyd olunub.
Telegram kanalımız