Kiyev atəşə tutuldu - 13 yaralı 

saytların hazırlanması

Evə çatdırılma

Kiyev atəşə tutuldu - 13 yaralı 

Dünya

21 Mart 2024 11:49 420


Martın 21-nə keçən gecə Rusiya ordusu Ukraynanın Kiyev vilayətini raket atəşinə tutub. 

Musavat.com  xəbər verir ki, paytaxt Kiyevin 3 bölgəsində yanğın qeydə alınıb.

Kiyevin meri Vitaliy Kliçkonun sözlərinə görə, atəş nəticəsində 13 nəfər xəsarət alıb. Marqarita pizza

UNİAN məlumat yayıb ki, paytaxta raket hücumu nəticəsində 6 təhsil müəssisəsinə ziyan dəyib.

Svyatoşinski rayonundakı uşaq bağçası və məktəbin pəncərə və qapıları sındırılıb, Şevçenkovski rayonunda məktəb binasının və iki uşaq bağçasının şüşələri zədələnib. Dağıntılar bir uşaq bağçasının ərazisinə də düşüb.

Xəsarət alan 13 nəfərdən 4-ü xəstəxanaya yerləşdirilib, 9-na isə yerindəcə tibbi yardım göstərilib.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!