Rusiya Silahlı Qüvvələri bu gecə Kiyevə qanadlı raketlər və kamikadze dronları ilə hücum edib.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, 15 qanadlı raketdən və İranın 18 “Shahed” PUA-sından istifadə edilib.
Bundan əvvəl rəsmi Kiyev hava hücumundan müdafiə qüvvələri tərəfindən 30-dan çox müxtəlif tipli hava hədəflərinin, o cümlədən X-101/555 tipli raketlərin və “Shahed” dronlarının məhv edilməsi barədə məlumat vermişdi. Pepperoni pizza
Ölkənin Təhlükəsizlik Baş İdarəsindən isə bildirilib ki, Kiyevə hücumlardan əlavə, Rusiya son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrinə 46 hava hücumu və çoxsaylı raket sistemlərindən 107 hücum həyata keçirib.
Kiyev vilayətinə baş verən hücum nəticəsində azyaşlı uşaq və təqaüdçü də daxil olmaqla, qurbanlar var.
Telegram kanalımız