Kiyev raketlərlə atəşə tutuldu, həlak olanlar var

saytların hazırlanması

Evə çatdırılma

Kiyev raketlərlə atəşə tutuldu, həlak olanlar var

Dünya

01 Avqust 2026 08:00 186


Rusiya ordusu avqustun 1-nə keçən gecə Kiyev şəhəri də daxil olmaqla vilayətin bir sıra bölgələrinə raketlərlə kütləvi zərbə endirib.

“Yeni Sabah” xəbər verir ki, zərbələr zamanı "Sirkon" hipersəs raketlərindən də istifadə olunduğu bildirilir.

Kiyev meri Vitali Kliçko hücum nəticəsində azı 1 nəfərin həlak olduğunu, bir neçə nəfər, o cümlədən 17 yaşlı yeniyetmənin isə y aralandığını bildirib. Pepperoni pizza

Məlumata əsasən, Solomyanski, Darnitski və Şevçenkovski rayonlarında yaşayış və qeyri-yaşayış binalarında yanğınlar baş verib, raket qalıqları binalara və avtomobillərə düşüb.

Kiyev vilayətinin Buça rayonunda da anbar və yaşayış məntəqələrində yanğın qeydə alınıb. Hücum zamanı şəhərdə onlarla güclü partlayış səsi eşidilib.

Kiyev Şəhər Hərbi Administrasiyası Rusiya ordusunun hücumları nəticəsində dörd nəfərin öldüyünü və yaralıların sayının 13-ə çatdığını açıqlayıb. Kiyev meri Vitali Kliçko isə yaralılardan ikisinin 13 və 17 yaşlı iki oğlan olduğunu deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!