Koronavirus da erməniləri məhv edir: Düşmən başını itirib
29 Okt 2020 17:31
1427

Koronavirus da erməniləri məhv edir: Düşmən başını itirib

Ermənistan Qafqazda koronavirusdan ən çox əziyyət çəkən respublikadır. Bu günə kimi düşmən ölkədə COVİD-19-dan 1272 nəfər ölüb. Təkcə bu gün virus qurbanlarının sayı 29 nəfər təşkil edib.

Yenisabah.az xəbər verir ki, günlük yoluxma sayı sürətlə artır. Ermənistan Səhiyyə Nazirliyinin açıqladığı məlumata görə, təkcə son 24 saatda 2 383 nəfər koronavirusa yoluxub. Bununla da Ermənistanda virusa yoluxanların sayı 85 034-ə yüksəlib. Qarşıdakı günlərdə bu rəqəmin 100 mini ötəcəyi istisna olunmur.

Ermənistanda koronavirus niyə sürətlə yayılır? Ermənistanın səhiyyə ocaqları COVİD-19-a yoluxmuş xəstələrin müalicəsini niyə təşkil edə bilmirlər?

Müşahidəçilər düşmən ölkədə acınacaqlı vəziyyətin yaranmasının səbəbini iki vacib amillə izah edirlər. İlkin səbəb kimi Ermənistanın səhiyyə sisteminin müasir dövrün tələblərinə cavab verməməsi göstərilir. Rüşvət və korrupsiyanın girdabında çabalayan düşmən ölkədə müasir tibbi avadınlıqla təchiz olunmuş xəstəxanaların sayının iki əlin barmaqlarından da az olduğu bildirilir. Xəstəxana sayının az olması, koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün tələb olunan dərman preparatlarının çatışmaması ölüm sayının sürətlə artmasına səbəb olub.

İkinci və daha vacib faktor isə müharibədir. Ötən ayın 27-də növbəti dəfə təxribata əl atan düşmən ölkə əks hücum əməliyyatı ilə çökdürülüb. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarıyla yanaşı, həm də minlərlə hərbçisini itirib. Yaralı erməni əsgər və zabitlərinin sayı hər gün artır. Erməni mənbələrinin yazdığına görə, təkcə paytaxt İrəvandakı xəstəxanalar deyil, hətta ucqar rayonlardakı səhiyyə ocaqları da yaralı erməni hərbçiləriylə doludur. Xəstəxanalarda pasiyent qəbul etməyə çarpayı olmadığı üçün COVİD-19-a yoluxmuş mülki vətəndaşlar taleyin ixtiyarına buraxılır. Həkim nəzarətində müalicə olunmayan xəstələr bir çox hallarda virusdan yaxa qurtara bilmədikləri kimi COVİD-19-un daha geniş yayılmasına rəvac vermiş olurlar.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər