Koronavirusa yoluxan məşhur yutuber evdən qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa yoluxan məşhur yutuber evdən qaçdı

Şou

18 Sentyabr 2020 12:07 1091


Koronavirusa yoluxan tanınmış yutuber Enes Batur karantindən qaçıb. 

Yenisabah.az xəbər verir ki, koronavirusa yoluxan türkiyəli fenomeni Beykozdakı lüks villasında tapa bilməyən nəzarət qrupu polisə məlumat verib.

Məşhur yutuberin karantin qaydalarına məhəl qoymayaraq, evində təcrid olunmadığı ortaya çıxıb. pizza hut

Enes Baturun evdə olmadığı müəyyən edildikdən sonra Beykoz Polis İdarəsi hərəkətə keçib. Karantin qaydalarını pozan Enes Batur və sevgilisi Ece Naz tələbə yataqxanasına yerləşdirilib

Daha sonra  Enes Batur sosial media hesabında yayımladığı bir videoda "Şərəf və namusuma and içirəm ki, bütün qaydalara riayət edirdim, evdən çıxmırdım. Məni yataqxanaya gətirdilər, evimdə karantində qalmaq istəyirəm. Mən günahsızam" deyə bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!