Korrupsiya ilə bağlı məlumat   VERƏNLƏR MÜKAFATLANDIRILACAQ

saytların hazırlanması

Evə çatdırılma

Korrupsiya ilə bağlı məlumat VERƏNLƏR MÜKAFATLANDIRILACAQ

Siyasət

05 İyun 2026 12:12 122


Korrupsiya ilə bağlı məlumat verən şəxslərin müdafiəsi gücləndirilir, dövlət və bələdiyyə qulluqçuları üçün yeni hesabatlılıq mexanizmləri tətbiq olunur.

“Yeni Sabah” xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun icrası ilə əlaqədar bəzi qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verən şəxslərin attestasiyası zamanı həmin prosesdə korrupsiyaya qarşı mübarizə sahəsində səlahiyyətli struktur bölmənin və ya şəxsin iştirakı qadağan edilir. Eyni zamanda, belə məlumat vermiş şəxslərə qarşı qisas məqsədilə intizam tədbirləri tətbiq edilərkən irəli sürülən dəlillərin sübut olunması yükü işəgötürənin üzərinə düşəcək. Sezar pizza

Dəyişikliklərə əsasən, dövlət və bələdiyyə qulluqçuları qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlərlə bağlı hallarda birbaşa rəhbər əvəzinə korrupsiyaya qarşı mübarizə sahəsində nəzərdə tutulmuş səlahiyyətli struktur bölməyə və ya şəxsə məlumat verməli olacaq. Həmçinin hədiyyələrin qəbulu, maraqlar toqquşması və etik davranış qaydaları ilə bağlı məsələlərdə də eyni mexanizm tətbiq ediləcək.

Layihə korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və mövcud normaların uyğunlaşdırılması məqsədilə hazırlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!