“Ölkə başçısı Amerikada Nobel mükafatı almış Aziz Sancarı gənclərimizə nümunə göstərdi. O, dinsiz biridirmi? Xeyr! Dindən də sitatlar gətirir. Ona görə də belə bir şeyi nümunə götürmək daha məqsədəuyğundur”.
Bu sözləri Yenisabah.az-a ilahiyyatçı Elşad Miri gənc və yeniyetmələrin dinə daha çox maraq göstərməsinin çox insanların narazılıqla qarşılamasına münasibət bildirərkən deyib.
"Kortəbii şəkildə dinə getmək olmaz. Dinin ilk əmri “Oxu”dursa, insanlara oxumağı təkid edirsə, narazılıq edənlərin narazılıqları absurddur”, - deyə ilahiyyatçı bildirib.
İmamət İSMAYILOVA
Telegram kanalımız