KTMT-nin təlimləri Belarusda keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

KTMT-nin təlimləri Belarusda keçiriləcək

Dünya

16 Yanvar 2023 10:21 621


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2023-cü ilə planlaşdırılan 4 hərbi təlimindən üçü Belarusda keçiriləcək.

Yenisabah.az STV-yə istinadla xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurası dövlət katibinin birinci müavini Pavel Muraveyko bildirib.

O deyib: “Hərbi tərəfdən isə təşkilatın hər il keçirəcəyi 4 hərbi təlimdən üçünün ölkəmiz ərazisində keçirilməsi planlaşdırılır. Bunlar çevik reaksiya qüvvələrinin qarşılıqlı fəaliyyəti, kəşfiyyat bölmələrinin axtarışı və ehtiyat qüvvələrin eşelonudur. Bütün bunlar sentyabr ayında ölkəmizdə baş verəcək”. pizza mizza

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Naş naziri Nikol Paşinyan KTMT-nin Ermənistan ərazisində planlaşdırılan hərbi təlimlərinin baş tutmayacağını açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!