Kürdə suyun səviyyəsi xeyli artdı

saytların hazırlanması

Evə çatdırılma

Kürdə suyun səviyyəsi xeyli artdı

Sosial

19 İyun 2023 12:16 551


Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bu gün səhər saat 8:00-a olan məlumata görə, Göygöl rayonunun ərazisindən keçən Kürəkçayda suyun səviyyəsi 56 sm olub. Çayda suyun səviyyəsi 6 sm artıb. Toyuqlu pizza

Tovuz rayonunun ərazisindən keçən Axınçayda suyun səviyyəsi 62 santimetr təşkil edib. Bu, ötən günlə müqayisədə 5 santimetr artım deməkdir.

Əsrikçay Əsrikcırdaxan avtomat hidroloji stansiyasında suyun səviyyəsi 36 sm-dir. Dünənlə müqayisədə çayda suyun səviyyəsində 12 santimetr artım müşahidə olunub.

Qobustan rayonu ərazisindən keçən Pirsaatçayda suyun səviyyəsi 36 santimetr təşkil edib. Ötən günlə müqayisədə artım 1 santimetr olub.

Sabirabad rayonu Kür Surra hidroloji stansiyasında suyun səviyyəsi ötən günlə müqayisədə 36 sm qalxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!