Kürdəmirdə 51 yaşlı kişini ildırım vuraraq öldürüb.
"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Ağsu rayon Qasımbəyli kənd sakini Hacıalıyev Zahir Vahid oğlu qoyun otarmaqdan qayıdarkən onu ildırım vurub. O, elə hadisə yerində keçinib. Marqarita pizza
Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub və onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə zamanı bir neçə xırdabuynuzlu heyvan tələf olub. Faktla bağlı araşdırma aparılır./Report
Telegram kanalımız