"Kurtlar Vadisi" serialında rol alan aktyor Nevzat Yakışırboy yolda etdiyi mübahisəyə görə müzakirə hədəfi olub.
"Yeni Sabah" milli.az-a istinadla xəbər verir ki, motosikletlə hərəkətdə olan aktyorla avtomobil sürücüsü arasında yolun hərəkəti ilə bağlı sözləri çəp gəlib.
Sözlü qarşıdurma qısa müddətdə gərginləşib. pizza mizza
İddialara görə, avtomobil sürücüsünün aktyora "Nə olub, artistsən?" deməsi vəziyyəti daha da gərginləşdirib. Bundan sonra Yakışırboy motosikletindən düşərək sürücünün yanına gedib və onu avtomobildən enməyə çağırıb.
Hadisə zamanı aktyorun qarşı tərəfə sərt ifadələr işlətdiyi və söyüş söydüyü görüntülərə əks olunub.
Telegram kanalımız