Küveyt əmirinin oğlu Əhməd Nəvaf əl-Əhməd əs-Sabah dövlət başçısının sərəncamına əsasən ölkənin baş naziri təyin edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə iyulun 25-də Küveytin “Əl-Cərida” nəşri məlumat yayıb.
Təyin edilmiş hökumət başçısı yeni kabineti formalaşdırmağa və yeni nazirlərin siyahısını dövlət başçısının təsdiqinə təqdim etməyə borcludur. Bildirilir ki, Küveyt əmiri yeni baş nazirin təyin edilməsi haqqında fərmanı bazar günü axşam saatlarında imzalayıb. Marqarita pizza
Xatırladaq ki, Əhməd Nəvaf əl Əhməd Sabah 1956-cı ildə anadan olub. O, siyasi karyerasına Daxili İşlər Nazirliyində başlayıb, atası Küveyt əmiri olduqdan sonra Milli Qvardiyanın rəis müavini təyin edilib. Əvvəlki hökumətdə baş nazirin müavini vəzifəsini tutub.
Telegram kanalımız