Lənkəranda magistralda açıq sahədə yanğın başladı

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda magistralda açıq sahədə yanğın başladı

Hadisə

04 İyul 2026 18:59 97


Lənkəranda magistral yolun kənarında güclü yanğın başlayıb.

"Yeni Sabah" xəbər verir ki, yanğın yeni Ələt–Astara magistralında yolun Lənkəran şəhərindən keçən hissəsində başlayıb.

Yol kənarında, açıq sahədə olan quru ot örtüyü alovlanıb. Küləkli hava şəraiti səbəbindən alov qısa müddətdə geniş əraziyə yayılaraq magistral yol boyunca sürətlə irəliləyir. Vaxtında təmizlənməyən quru ot kütləsi yanğının daha da genişlənməsinə şərait yaradır. Alovun yolun qarşı tərəfinə keçmə ehtimalı da yüksək qiymətləndirilir. Dördpendirli pizza

Faktla bağlı əlavə məlumat veriləcək./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!