“Leobank” kütləvi şikayət atəşinə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

“Leobank” kütləvi şikayət atəşinə tutuldu

İqtisadiyyat

16 Sentyabr 2026 16:13 657


Rəqəmsal bankçılıq xidməti olan “Leobank”ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bir neçə saatdır mobil tətbiqə giriş çətinləşib, kartlara göndərilən və ya onlayn kredit üzrə ayrılan vəsaitlər hesaba oturmur.

Müştərilərin əsas narazılığı isə bankın dəstək xidməti ilə bağlıdır. Belə ki, zənglərə, həmçinin “WhatsApp” və “Telegram” üzərindən yazılan müraciətlərə cavab verilmədiyi bildirilir. Pul köçürmələrinin gecikməsi səbəbindən bir çox vətəndaş yolda və ya ödəniş məntəqələrində çətin vəziyyətdə qaldıqlarını qeyd ediblər. Pepperoni pizza

Xatırladaq ki, “Leobank” fiziki filialları olmayan rəqəmsal bank konsepti ilə fəaliyyət göstərdiyindən, istifadəçilər yalnız məsafədən dəstək xidmətinə müraciət edə bilirlər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nərmin
    Çox berbad karti bloklayib içindeki pulu menimseyibler.kartida blokdan çixarmillar.pul size niye köçüb soruşullar.ele bil ki. Bunlara açot verilmelidir. Cox seviyyesiz bankdir.polis bele baxmir bu mesleye.polise muraciet etmishem.poliade deyir biz baxmiriq.qetiyyen ne pul köçürün ne de istifade edin!!!!!
    28 days ago