"Litva payızda ABŞ-la HIMARS MLRS ilə təchizat müqaviləsi imzalamağı planlaşdırır. Estoniya isə artıq belə bir müqavilə imzalayıb".
Yenisabah.az LRT-yə istinadla xəbər verir ki, bunu Litvanın müdafiə naziri Arvidas Anuşauskas bildirib.
Nazir deyib: “Bu payızda biz ABŞ nümayəndələri ilə məşhur HIMARS-ın Litvaya tədarükü ilə bağlı müqavilə imzalamağa nail olacağıq. Estoniyalıların artıq müqaviləsi var, çünki biz layihəni birlikdə irəli sürmüşük. Estoniyalılar daha əvvəl başladılar və onlar artıq buna sahibdirlər, bir neçə ay sonra bizdə də o razılaşma olacaq, lakin tədarük yenə də eyni vaxtda başlayacaq”. pizza mizza
Xatırladaq ki, Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu bir müddət əvvəl bəyan etmişdi ki, Rusiya Silahlı Qüvvələrinin "xüsusi hərbi əməliyyatı" Qərbin Ukraynaya tədarük etdiyi və guya Ukraynada sıçrayış gətirə biləcək “super silah” haqqında mifi dağıdıb. Nümunə olaraq o, HIMARS yaylım atəşi sistemlərini və "son vaxtlar qərblilər tərəfindən super silah kimi təbliğ edilən" uzaq mənzilli haubitsaları göstərib.
Telegram kanalımız