UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Litva milli komandasının baş məşqçisi Edqaras Yankauskas ölkəmizdəki legioner limiti və futbol siyasəti ilə bağlı diqqətçəkən bəyanatla çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycanın klub səviyyəsindəki uğurlarına toxunaraq, bunun milli komandaya təsirini sual altına alıb:
"Azərbaycan yerli oyunçu qaydasından (legioner limitindən) imtina etdi və klubları Çempionlar Liqasına çıxdı. Bəs orada nə qədər yerli oyunçu oynayır? Milli komanda üçün hansı tələblər var? Düşünürəm ki, orada prioritet klub futboludur. Görünür, milli komandaya böyük təzyiq yoxdur. Onların seçdiyi yol budur". Marqarita pizza
Yankauskas Litvanın öz inkişaf modelini yerli futbolçular üzərində qurmalı olduğunu vurğulayıb:
"Düşünürəm ki, bizimki fərqli olmalıdır. Burada milli komandaya qarşı təzyiq, tələblər və gözləntilər daha yüksəkdir. Mənə elə gəlir ki, əsas məqsədimiz yerli oyunçularımız olmalı və onlar üçün daha əlverişli qaydalar hazırlanmalıdır. İnanıram ki, bu, milli komanda və Litva futbolu üçün müsbət təkan olardı".
Nazim Hacıyev
Telegram kanalımız