Rusiyalı müğənni Lolita Milyavskaya koronavirusa yoluxub.
Bu barədə o, “Instagram”ın hekayə bölməsində paylaşım edib.
Məşhur deyir ki, “Omikron”a yoluxub.
“Yaxşı ki, peyvənd olunmuşam, ona görə də yüngül formada keçir”, - deyə ifaçı əlavə edib.
Milyavskayada xəstəliyin simptomları öskürək və boğuq səsdir.
Sənətçinin xəstəliyi səbəbindən Müasir Teatrda nümayiş olunan “Jenitba” tamaşası ləğv edilməli olub. Lolita orada əsas rolu - hələ də ailə həyatı qura bilməyən “əbədi gəlin” Aqafya Tixonovnanı oynayır. (Oxu.az)
Youtube kanalımız