Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Vladimir Putin və Co Baydenin birgə görüş keçirməsini təklif edib.
Yenisabah.az BELTA-ya istinadla xəbər verir ki, bu barədə o, xarici jurnalistlərə bildirib.
"Biz üçümüz burada görüşəcəyik: iki "təcavüzkar" və "sülhsevər" prezident. Niyə də olmasın? Müharibəni bitirmək naminə. İndi o, müharibəni bitirmək istəyirsə, Polşaya "Boeing" göndərərəm, onu burada qarşılayarıq". Toyuqlu pizza
Lukaşenko əlavə edib: "Bir dəfə Klinton oxşar təyyarə ilə uçdu. Burada, sizin hüzurunuzda üçümüz, Vladimir Vladimiroviçlə birlikdə oturub bütün problemi həll edərdik”.
Eyni zamanda, A. Lukaşenko Baydenin Minskə uçmayacağına əminliyini ifadə edib: "Xeyr, o, bura gəlməyəcək. Ancaq müharibəni dayandırmaq, insanları öldürməmək naminə, buna dəyər. O, Polşada qalacaq, çünki Polşa kaftardır. Avropanın və bu gün Ukraynada müharibənin qızışmasında ilk növbədə ən fəal rol oynayır.O, amerikalılardan daha çox qışqırır. Mən prezidentinizi, Baydeni Minskə dəvət edirəm”.
Xatırladaq ki, C. Bayden fevralın 20-22-də Polşaya səfər etmək niyyətindədir.
Telegram kanalımız