Lukaşenko: Belarus müharibəyə hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko: Belarus müharibəyə hazırlaşır

Dünya

02 Aprel 2024 14:32 558


Belarus müharibəyə hazırlaşır.

Yenisabah.az BelTA-ya istinadla xəbər verir ki, bunui prezident Aleksandr Lukaşenko bildirib.

"Heç kimə inanmayın, guya döyüşmək istəyirik. Amma müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. "Sülh istəyirsənsə, müharibəyə hazırlaş” - bunu mən fikirləşməmişəm. Çox düzgün deyilib”, - deyə Lukaşenko Qrodnoya işgüzar səfəri zamanı qeyd edib. pizza

Belarus prezidentinin sözlərinə görə, müvafiq bölmələr lazımi təlimlər keçirilir, qoşunlara müxtəlif növ silah və texnika ilə təchiz olunur.

"Əgər oradan (Qərbdən - red.) kimsə qışqırıb bizi tənqid edirsə, bilin: biz düzgün iş görürük. Əgər orada bizi tərifləməyə başlayırlarsa, bu, fəlakətdir".

Lukaşenko vurğulayıb ki, Belarus heç kimi təhdid etmir: "Bizim heç kimi təhdid etməyə ehtiyacımız yoxdur. Biz başqasının torpağını istəmirik. Allah qoysa, bunu becərək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!