Lukaşenko: Ermənistan özünü tərəfdaş kimi aparmır

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko: Ermənistan özünü tərəfdaş kimi aparmır

Dünya

13 Oktyabr 2023 14:11 409


Ermənistan MDB ölkələrinə münasibətdə həmişə özünü tərəfdaş kimi aparmır.

Yenisabah.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Bişkekdə bildirib.

Onun fikrincə, MDB-də vəziyyəti daha tənqidi qiymətləndirmək və "başımızı qumda gizlətməmək lazımdır". pizza hut

“Qərb bu günə qədər bizi sarsıtmağa, zəiflətməyə və öz maraqlarına tabe etməyə cəhd etməkdə davam edir. Birincisi, Gürcüstan bizim assosiasiyadan çıxdı, de-fakto, Ukrayna bizimlə deyil. Moldova haqqında böyük suallar var. Təəssüf ki, Ermənistan da özünü heç də həmişə tərəfdaş kimi aparmır”, - deyə dövlət başçısı bildirib.

Lukaşenko vurğulayıb ki, bunu kənardan sakitcə müşahidə etmək olmaz, “əks halda biz sadəcə olaraq parça-parça olacağıq”.

“Görürük ki, bir anda başımıza atılan bütün köhnə münaqişələr qaçılmaz olaraq çox acınacaqlı nəticələrlə üzə çıxır. Tanrıya şükürlər olsun ki, nəinki bu münaqişələrin həllinə meyl var, hətta bəzilərinin öhdəsindən uğurla gəlinib”, - Lukaşenko bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!