Gürcüstan Qərbin vədlərindən cana yığılıb və postsovet ölkələrinin bazarlarına qayıtmaq istəyir.
Yenisabah.az BelTA-ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O bildirib: “Gürcüstan Qərbin vədlərindən və başqa şeylərdən bezib və yenidən bizim bazara qayıtmaq istəyir, çünki heç kim sizi öz bazarlarına südlə, ətlə, şərabla buraxmaz. Bazarlar çoxdan bölünüb və onlar üzərində sərt mübarizə gedir. Bu, bir yerdə qalmağımızın ikinci səbəbidir. Bu, bizim inkişaf etmiş bazarımızdır”. Toyuqlu pizza
Belarus lideri qeyd edib ki, Qərbdə nəsə təklif olunarsa, bu, yalnız resurs müqabilində və ya Qərb üçün faydalı olan siyasi kursun aparılması müqabilində olacaq:
“Tələsməyə, bir-birinizi daha da pisləşdirməyə və birtəhər bir-birindən uzaqlaşmağa çalışmaq lazım deyil. Biz, xüsusən də bu çətin zamanda bir yerdə olmalıyıq”.
Telegram kanalımız