Lukaşenkonun həbsinə dair çağırış edildi

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenkonun həbsinə dair çağırış edildi

Dünya

18 İyul 2023 18:09 937


Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Haaqa Məhkəməsini (HM) Aleksandr Lukaşenkonun həbsi üçün order verməyə çağırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Avropa Parlamenti deputatlarının hesabatının yekunlarına dair press-relizdə deyilir.

Deputatlar Beynəlxalq Cinayət Məhkəməsini uşaqların Ukraynadan deportasiyasında Belarusun əli olduğuna görə Aleksandr Lukaşenkonun həbsi üçün order verməyə çağırırlar. pizza sifarişi

Komitə qeyd edir ki, ölkə Ukraynaya dəymiş ziyana və törədilmiş cinayətlərə görə məsuliyyət daşıyır.

“Beynəlxalq Cinayət Məhkəməsi artıq Rusiya prezidenti Vladimir Putin və Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə orderlər verdiyinə görə, Avropa Parlamenti deputatları HM-i Aleksandr Lukaşenkonun həbsi üçün oxşar orderi nəzərdən keçirməyə çağırır”, - hesabatda deyilir.

Bundan əlavə, deputatların fikrincə, Aİ Şurası da sanksiyalara məruz qalan Belarus və Rusiya şəxslərinin siyahısını genişləndirməlidir. O cümlədən ukraynalı uşaqların məcburi deportasiyasında iştirak edənlər siyahıya daxil edilməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!