Lukaşenkoya inək bağışladılar

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenkoya inək bağışladılar

Dünya

19 İyun 2026 14:08 156


Belarus Prezidenti Aleksandr Lukaşenkoya Minsk bölgəsindəki südçülük fermasına səfəri zamanı "Musya" adlı Cersi inəyi hədiyyə edilib.

"Yeni Sabah" BelTA-ya istinadla xəbər verir ki, dövlət başçısı "BelInterGen-Agro2 MMC-nin törəmə müəssisəsi olan "Yaçenka" fermasının fəaliyyətini yoxlamaq üçün Uzda rayonuna səfər edib.

Fermada əsasən Holşteyn inəkləri yetişdirilir, lakin Cersi inəklərinin yetişdirilməsinə də başlanılıb. Dövlət başçısına Cersi inəyi hədiyyə edilib. Dördpendirli pizza

Cersi inəyi kiçik südçülük inəyi cinsidir. Südü yüksək yağ və zülal tərkibi, eləcə də yüksək A2 zülal tərkibi ilə xarakterizə olunur. Eyni zamanda, yüngül çəkisi səbəbindən Cersi inəkləri xeyli az yem tələb edir. Gündəlik süd məhsuldarlığı 30 litrə qədərdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!