Makronun reytinqi 30 faizdən aşağı düşdü

saytların hazırlanması

Evə çatdırılma

Makronun reytinqi 30 faizdən aşağı düşdü

Dünya

19 Mart 2023 17:34 737


Fransa prezidenti Emmanuel Makronun pensiya islahatı ətrafında baş verən hadisələrə fonunda populyarlıq reytinqi 30 faizdən aşağı düşüb.

Trend xəbər verir ki, bu barədə Fransanın “Le Journal du dimanche” qəzetinin sifarişi ilə "IFOP" İctimai Rəy İnstitutunun keçirdiyi sorğuda deyilir.

Bildirilir ki, prezident və baş nazirin parlamentin aşağı palatasında konstitusiyanın 49.3-cü maddəsindən istifadə etməklə səsvermə keçirilmədən pensiya yaşının 62-dən 64-ə dəyişdirilməsi ilə bağlı islahatı qəbul etmək qərarı onların populyarlığının azalmasına səbəb olub. pizza sifarişi

Sorğunun nəticələrinə görə, fransızların 70 faizindən çoxu E.Makrondan narazıdır. O bir ay ərzində 4 faiz itirib və hazırda onun apardığı siyasətdən razı olan cəmi 28 faiz respondent olub.

İndi o, baş nazir Elizabeth Borndan reytinqdə geri qalır. E.Bornu əhalinin 29 faizi dəstəkləyir.

Xatırladaq ki, Fransada bir neçə müddətdir pensiya islahatına qarşı etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı etirazçılar və polislər arasında toqquşmalar da müşahidə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!