Mal ətinin qiyməti daha da bahalaşdı – 25 manata çatır

saytların hazırlanması

Evə çatdırılma

Mal ətinin qiyməti daha da bahalaşdı – 25 manata çatır

İqtisadiyyat

24 Sentyabr 2026 15:21 213


Son bir neçə gündə paytaxtda mal ətinin qiymətində nəzərəçarpacaq artım müşahidə olunur.

“Yeni Sabah” ATV-yə istinadən xəbər verir ki, həm sümüklü, həm də sümüksüz ətin kiloqramı bir-iki manat civarında bahalaşıb.

Qəssabların sözlərinə görə, hazırda sümüklü mal ətinin qiyməti 19, sümüksüzün qiyməti isə 25 manatdır. Əvvəl isə sümüklü 18, sümüksüz 23 manat idi. Səbəb isə malın az olmasıdır.  Toyuqlu pizza

Bölgələrdə də heyvanların qiymətində müəyyən qədər artım var. Göyçayda qəssab kimi fəaliyyət göstərən Hüseyn Verdiyev deyib ki, artım son 10 gündür müşahidə olunur: “Ot və yem bahadır. 10 ay bir dananı saxlayırlar, satanda isə əziyyətinə dəymir. Ona görə də heyvan saxlayanların sayı azalır. Bu da məhsulun azalmasına və qiymət artımına səbəb olur”. 

Fermer Mürşüd Nəbiyev isə bildirib ki, otlaq sahəsi olsa da, bu da xeyli xərc tələb edir: “Bu qədər xərc tələb edirsə, qiymət də artmalıdır. Əvvəl 8-10 baş mal saxlayırdımsa, indi bu rəqəm 4-5 baş olub”. 

İqtisadçılar isə ətin qiymətinin artmasını qlobal bazardakı qiymətlərlə əlaqələndirir. Bunun səbəbi isə ətin maya dəyərinin artmasıdır. 

Kənd Təsərrüfatı Nazirliyindən isə qeyd edilib ki, hazırda məsələ araşdırma tələb edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!