Maliyyə sektorunda peşəkar kadr artım

saytların hazırlanması

Evə çatdırılma

Maliyyə sektorunda peşəkar kadr artım

İqtisadiyyat

02 Sentyabr 2026 12:20 20


Azərbaycanda maliyyə və uçot sisteminin təkmilləşdirilməsi çərçivəsində Peşəkar Mühasib Sertifikatına (PMS) yiyələnən mütəxəssislərin sayı 7 282 nəfərə çatıb.

“Yeni Sabah” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, "Mühasibat uçotu haqqında" Qanuna əsasən, bir sıra təşkilatların baş mühasibləri üçün bu sertifikat məcburidir. Namizədlər Dövlət İmtahan Mərkəzinin imtahanından keçərək sertifikat alırlar. Sənəd 5 il müddətinə verilir, fəaliyyətini davam etdirənlər müddətin sonunda yenidən imtahan verməlidirlər.

Eyni standart üzrə sonradan iki dəfə sertifikat alan mütəxəssislərə isə sənəd ömürlük təqdim edilir və onlar bir daha imtahana cəlb olunmurlar. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!