Marsda yaşamaq üçün könüllülər axtarılır 

saytların hazırlanması

Evə çatdırılma

Marsda yaşamaq üçün könüllülər axtarılır 

Maraqlı

17 Fevral 2024 13:34 2227


ABŞ-ın Kosmik Agentliyi NASA Marsda həyatın bir il boyu simulyasiyası üçün namizədlər axtarır. 

Modern.az xəbər verir ki, agentlik 2025-ci ilin ortalarından başlayaraq, “Mars Dune Alpha” layihəsi çərçivəsində dörd könüllü axtardığını elan edib. Bu, NASA-nın Mars missiyalarının hazırlanması üçün nəzərdə tutulan “Chapea” proqramının tərkib hissəsi olan ikinci simulyatordur. 

Layihə iştirakçıları Texas ştatının Hyuston şəhərində, Mars sahəsinə uyğun modelləşdirilən təxminən 160 kvadratmetrlik simulyasiya sahəsində digər işlərlə yanaşı, məhsul yığımı, həmçinin yaşayış sahəsi və texniki avadanlıqlara xidmət etməli və idmanla məşğul olmalıdırlar.  pizza hut

NASA bildirib ki, təbiət elmləri üzrə ali təhsili olan və ən azı 1000 saat uçuş təcrübəsinə malik hər kəs aprelin 2-dək layihədə iştirak etmək üçün müraciət edə bilər. Bundan əlavə, könüllülər 30 ilə 55 yaş arasında, sağlam və motivasiyalı olmalı, siqaret çəkməməli, ABŞ vətəndaşlığına və ya daimi yaşayış icazəsinə malik olmalıdırlar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!