Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkəti bu gündən bərpa olunur.
“Yeni Sabah” xəbər verir ki, ilk Bakı–Balakən reysi noyabrın 20-də saat 23:30-da həyata keçiriləcək. Balakəndən Bakıya ilk qatar isə noyabrın 21-də saat 21:10-da yola düşəcək.
Sərnişinlərə yataq tipli vaqonlarda standart və standart+ sinifləri üzrə xidmət göstəriləcək. Gecə reysləri sayəsində sərnişinlər səhər saatlarında mənzil başına çatmaq imkanı əldə edəcəklər. Bakıda online alış-veriş
Bakı–Balakən–Bakı marşrutu üzrə biletlərin qiyməti 16,20 manatdan başlayır.
Biletləri ADY Mobile tətbiqi, ady.az saytı və dəmiryol vağzallarının kassalarından əldə etmək mümkündür.
Aytac Əliyeva
Telegram kanalımız