Türkiyənin məşhur kulinariya yarışması "MasterChef Türkiye"nin qaliblərindən biri, "Qırmızı saqqal" ləqəbi ilə tanınan Eren Kaşıkçının ölümü ilə bağlı xəbər ölkədə böyük rezonans doğurub.
"Yeni Sabah" xəbər verir ki, Eren Kaşıkçı İstanbulun Sarıyer rayonundakı evində ölü vəziyyətdə tapılıb. Tək yaşayan aşpazdan bir müddət idi ki, yaxınları xəbər ala bilmirdi. Onların müraciətindən sonra polis və təcili tibbi yardım briqadası ünvana yollanıb.
Hadisə yerində aparılan ilkin araşdırmalardan sonra Kaşıkçının meyiti ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Məlumata görə, hadisə şübhəli ölüm kimi qiymətləndirilib. Faktla bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başlanılıb. Pepperoni pizza
Eren Kaşıkçının ölümünün səbəbi ekspertizanın rəyindən sonra açıqlanacaq.
Telegram kanalımız