MAXE-lərin xidmət müddəti artırılır

saytların hazırlanması

Evə çatdırılma

MAXE-lərin xidmət müddəti artırılır

Sosial

28 Noyabr 2023 13:31 722


Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE), gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 45-dən 48-ə artırılır.

Yenisabah.az xəbər verir ki, bu, "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!