Mayk Pens prezidentliyə namizəd olacaq

saytların hazırlanması

Evə çatdırılma

Mayk Pens prezidentliyə namizəd olacaq

Dünya

27 Dekabr 2022 10:30 687


Mayk Pens 2024-cü ildə ABŞ prezidentliyinə namizəd olacaq.

Yenisabah.az "Sky News"a istinadla xəbər verir ki, bunu Federal Seçki Komissiyasına (FEC) verilən bəyanat təsdiqləyir.

FEC saytında Pensin prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürmək üçün ərizə təqdim etdiyi barədə sənəd yerləşdirilib. pizza sifarişi

Pensin sözçüsü Devin O'Malley keçmiş vitse-prezidentin ərizə vermədiyini bildirib.

“Mayk Pens bu gün prezidentliyə namizəd olmaq üçün müraciət etməyib”, - deyə o, Tvitter hesabında yazıb.

Pensin komandasından olan ikinci mənbə "NBC News"-a bildirib ki, bu, real deyil.

Keçmiş vitse-prezident bir neçə aydır ki, ailəsi ilə məsləhətləşdikdən sonra namizəd olub-olmayacağına qərar verəcəyini deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!