“MDB Ukrayna ilə bağlı məsələlərin həlli üçün platformaya çevrilə bilər, lakin Kiyev buna maraq göstərmir”.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Leonid Anfimov oktyabrın 20-də MDB iştirakçısı olan ölkələrin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclasından əvvəl bildirib.
O deyib: “Biz həmişə deyirik ki, MDB problemlərin həlli platformasıdır və o, başqa heç bir danışıqlar prosesi çərçivəsində həll oluna bilməyən platformaya problemlərin həlli üçün çevrilə bilər”. Pepperoni pizza
Bununla yanaşı, Anfimov qeyd edib ki, Ukrayna tərəfi MDB çərçivəsində işləməyə maraq göstərmir.
Xatırladaq ki, bundan əvvəl rəsmi Kiyev MDB orqanlarının işində iştirakını dayandırıb və Birlik çərçivəsində əldə olunmuş razılaşmalardan çıxıb.
Telegram kanalımız