Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Məcburi peyvənd ən son tədbir olmalıdır - ÜST
08 Dek 2021 07:53
272

Məcburi peyvənd ən son tədbir olmalıdır - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisi hökumətləri regionda artan COVID-19-a yoluxma və ölüm hallarına qarşı təcili tədbirlər görməyə çağırıb.

Trend xəbər verir ki, ofisin yaydığı məlumatda bildirilir ki, Avropa Birliyi ölkələrində insanların 66,4%-i virusa qarşı tam peyvənd olunsa da, bir çox dövlətlər daha çox insanı COVID-19-a qarşı vaksinasiyaya təşviq etmək məqsədilə peyvənd olunmamış insanlara qarşı yeni tədbirlər tətbiq edib.

Məsələn, İtaliyada kinoteatrlara və qapalı məkanlarda yerləşən iaşə obyektlərinə daxil olmaq üçün peyvənd və ya xəstəliyə qarşı immunitetin olduğuna dair pasportlar tələb olunur, Almaniyada isə peyvənd olunmamış vətəndaşlara ictimai həyatın bir çox sahələrində qadağalar qoyulur.

Avstriya isə ümumiyyətlə fevralın 1-dən peyvəndləri məcbur edəcək.

Lakin ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluge bildirib ki, məcburi vaksinasiyə ən son tədbir olmalıdır və ölkələr əvvəlcə ictimaiyyətlə ünsiyyət qurmalıdır.

"Məcburi peyvəndləmə ən son tədbirdir və yalnız vaksinasiyanın əhatəsinin genişləndirmək üçü bütün digər mümkün variantlar tükəndikdə tətbiq edilməlidir", - deyə Kluge bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər