“Media Kuboku-2026“ minifutbol turniri başa çatıb

saytların hazırlanması

Evə çatdırılma

“Media Kuboku-2026“ minifutbol turniri başa çatıb

Sosial

22 İyul 2026 14:49 63


Azərbaycan Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında minifutbol turniri təşkil olunub. Turnir "Avrora Qrup"un baş sponsorluğu, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində keçirilib.

İki gün davam edən yarışda paytaxt və regionlarda fəaliyyət göstərən media qurumlarının nümayəndələri iştirak ediblər. Komandalar Azərbaycan milli mətbuatının tarixində mühüm yer tutan "Əkinçi", "Ziya", "Həyat" və "Tərəqqi" nəşrlərinin adlarını daşıyıblar.

Turnirin 3-cü yer uğrunda görüşündə televiziya əməkdaşlarından ibarət "Həyat" komandası informasiya agentliklərinin jurnalistlərindən formalaşan "Ziya" kollektivi ilə qarşılaşıb. Görüş "Həyat" komandasının 7:1 hesablı qələbəsi ilə başa çatıb. pizza

Final oyununda isə idman jurnalistlərindən ibarət "Tərəqqi" komandası ictimai-siyasi media nümayəndələrindən formalaşan "Əkinçi" komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Tərəqqi" komandası 2:0 hesabı ilə qalib gələrək çempion olub.

Turnirin sonunda keçirilən mükafatlandırma mərasimində "Tərəqqi", "Əkinçi" və "Həyat" komandaları müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunublar. Bütün iştirakçılara fəxri fərmanlar təqdim edilib. Turnirin ən yaxşı qapıçısı "Ziya" komandasının üzvü Samir Güləliyev, ən yaxşı oyunçusu isə "Tərəqqi"nin kapitanı Murad Şirinov seçilərək xüsusi mükafatla təltif olunublar.

Mərasim zamanı şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və baş sponsor "Avrora Qrup"un hədiyyələri təqdim edilib. Eyni zamanda, turnirə ardıcıl beş ildir göstərdiyi dəstəyə görə "Avrora Qrup"a "Etibarlı Tərəfdaş" plaketi verilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!