“Məktəb bağlanır” postuna Təhsil İdarəsi münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

“Məktəb bağlanır” postuna Təhsil İdarəsi münasibət bildirdi

Sosial

24 İyul 2026 17:55 90


Sosial mediada jurnalist Zülfiyyə Quluyeva Şəkinin Daşbulaq kənd ümumi orta məktəbinin bağlanacağı ilə bağlı post paylaşıb.

“Yeni Sabah” xəbər verir ki, iddiaya görə, 29 şagirdin təhsil aldığı məktəb 2026-2027-ci tədris ilindən fəaliyyət göstərməyəcək.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, Daşbulaq kənd məktəbinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: Toyuqlu pizza

"2026-2027-ci tədris ilindən etibarən yüksəkixtisaslı müəllim təminatında çətinlik müşahidə olunan bəzi fənlər üzrə tədrisin həmin məktəbdə onlayn formatda təşkili nəzərdə tutulur. Bu fənləri müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərmiş ixtisaslı pedaqoqlar tədris edəcəklər. Bu dəyişiklik təhsil müəssisəsinin fəaliyyətinə təsir göstərmir. Məktəbin pedaqoji və texniki heyətinin əmək münasibətlərində hər hansı ixtisar nəzərdə tutulmur”.

Həmin paylaşımın şərh bölməsində Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev də məsələyə münasibət bildirib. O, məktəbin bağlanmadığını qeyd edərək, bəzi fənlər üzrə müəllim çatışmazlığının olduğunu vurğulayıb:

"Bəzi fənlərin tədrisi üçün müəllim çatışmazlığı var. Bu səbəbdən də qiymətləndirmə nəticələri yüksək olan pedaqoqlar tərəfindən onlayn qaydada həmin fənlər məktəbin özündə uşaqlara keçiriləcək. Bəzi islahatları anlamadan şərh vermək ümumi prosesə ziyandır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!